Bürünclə qazanılan qızıl xallar - FOTO
20.12.2010 - 17:57
Beynəlxalq Cüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda həmvətənlərimizdən ən çox irəliləyən Kifayət Qasımova (57 kq) olub.
Tokioda “Böyük Dəbilqə” turnirində bürünc medal qazanan xanım idmançımız öz çəkisində 9 rəqibini qabaqlayaraq, 22-ci yerə yüksəlib. Yaponiyada 120 lisenziya xalı qazanan Kifayət xallarının sayını da 316-ya çatdırıb.
Ondan fərqli, Ramilə Yusubova (63 kq) 1 pillə geriləyib. Aktivində 336 xalı olan cüdoçumuz 23-cü yerə enib.
Kişi cudoçularımızdan isə Elxan Məmmədov (90 kq) 7-ci pillədəki yerini qoruyub. Digər həmyerlilərimiz Tərlan Kərimov (66 kq) 19-cu, Elxan Rəcəbli 29-cu, Elnur Məmmədli (hər ikisi 81 kq) 38-ci, Elmar Qasımov 33-cü və Mövlud Mirəliyev (hər ikisi 100 kq) 78-ci pillədədirlər.
Qeyd edək ki, cüdo üzrə yığmamız 2010-cu ilin son günlərində heç bir beynəlxalq yarışda iştirak etməyəcək.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0