Rəcəbovla Məmmədyarovun rəqiblərinin adları rəsmən açıqlandı
23.12.2010 - 15:40
Dünya şahmat tacı uğrunda iddiaçıların görüşündə mübarizə aparacaq qrossmeysterlərin iştirakını təsdiqləmək müddəti yekunlaşıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2011-ci ilin mayının 3-dən 27-dək keçiriləcək yarışda qüvvəsini sınayacaq zəka sahiblərinin son siyahısını açıqlayıb.
Əvvəlcədən gözlənildiyi kimi, norveçli Maqnus Karlsen iddiaçıların görüşündə iştirakını təsdiqləməyib. Nəticədə FİDE onu rusiyalı Aleksandr Qrişuk əvəzləyib.
Beləliklə, turnirdə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov (hər ikisi Azərbaycan), Aleksandr Qrişuk, Vladimir Kramnik (hər ikisi Rusiya), Veselin Topalov (Bolqarıstan) Qata Kamski (ABŞ), Levon Aronyan (Ermənistan) və Boris Gelfand (İsrail) mübarizə aparmaq hüququna yiyələniblər.
İddiaçıların qalibi isə son dünya çempionu hindistanlı Vişvanatan Anandla qarşılaşacaq.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0