Vüqar Həşimovun gözünü bağlayacaqlar
07.01.2011 - 16:49
Fransanın Monako şəhərində şahmatın sürətli və gözübağlı növü üzrə keçiriləcək ənənəvi “Amber” turnirinin iştirakçılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən güclü zəka sahiblərinin mübarizə aparacağı yarışda Azərbaycan Vüqar Həşimovla təmsil olunacaq.
227 min avro mükafat fondu olan “Amber” turnirində qrossmeysterimizin rəqibləri Vişvanatan Anand (Hindistan), Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Vladimir Kramnik, Aleksandr Qrişuk, Sergey Karyakin (hər üçü Rusiya), Veselin Topalov (Bolqarıstan), Vasili İvançuk (Ukrayna), Boris Gelfand (İsrail), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Hollandiya) olacaqlar.
Qeyd edək ki, martın 11-də start götürəcək yarışın qalibləri 14 gündən sonra müəyyənləşəcək.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0