Nizami Paşayev seçim qarşısında
15.02.2011 - 15:49
Ağır atletika üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması dünya birinciliyinə hazırlığa start verib. Apasport.az saytının məlumatına görə, Nizami Paşayevin rəhbərlik etdiyi milli komanda İsmayıllıda təlim-məşq toplanışına başlayıb.
Dünya çempionumuz İsmayıllı Olimpiya İdman Kompleksində keçəcəyi hazırlıqdan sonra yığmanın heyətini müəyyənləşdirəcək. Məşqlər fevralın 26-dək davam edəcək.
Qeyd edək ki, dünya birinciliyi mayın 8-14-də Perunun paytaxtı Limada keçiriləcək.

0
0