Olimpiada medalı üçün mükafatın məbləği açıqlandı
18.02.2011 - 10:28
Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının startına 1 ildən artıq vaxt qalsa da artıq bəzi ölkələrdə bu yarışda fərqlənənlərə veriləcək mükafatlar açıqlanır. Apasport.az saytının məlumatına görə, Belarus İdman və Turizm Nazirliyi növbəti 2 olimpiadanın mükafatlarının məbləğini müəyyənləşdirib. 2012-ci ildə Londonda və 2 il sonra Rusiyanın Soçi şəhərində təşkil olunacaq qiş oyunlarında mükafatların məbləği eyni olacaq. Olimpiya çempionu olun Belarus himnini səsləndirəcək hər idmançı 150 min ABŞ dolları qazanacaq. Gümüş mükafatçılar bundan 2 dəfə aza – 75 min dollara sahib olacaq. Üçüncü yeri tutacaq olimpiyaçılar isə 50 min dollarla kifayətlənəcək. İndidə yığmanın qarşısına qoyulan vəzifə də müəyyənləşib. Belaruslular Londonda 25, Soçidə 5 medal qazanmaq niyyətindədir.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0