Azərbaycan dövlət başçısı Beynəlxalq Kanoe Federasiyasının prezidentini qəbul edib
09.03.2011 - 18:32
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Beynəlxalq Kanoe Federasiyasının prezidenti Joze Perurenanı qəbul edib. Apasport.az saytının məlumatına görə, səfər çərçivəsində Mingəçevirə gedəcəyini və buradakı avarçəkmə mərkəzində olacağını deyən Perurena bu cür mərkəzlərin beynəlxalq idman yarışlarının keçirilməsi üçün əhəmiyyətini qeyd edib.
SSRİ dağıldıqdan sonra Mingəçevir avarçəkmə mərkəzinin yararsız vəziyyətə düşdüyünü bildirən dövlət başçısı son illər bu mərkəzdə ən müasir standartlara uyğun şəkildə əsaslı bərpa və yenidənqurma işlərinin aparıldığını deyib.
Görüşdə Mingəçevir avarçəkmə mərkəzinin ölkədə idmanın inkişafına və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0