“Baku Fires”də qaydasız döyüşçü
16.03.2011 - 16:12
“Baku Fires” boks klubu WSB liqasında qrup mərhələsində sonuncu görüşünü martın 19-da “Beijing Dragons”a qarşı keçirəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Sərhədçi” Olimpiya Mərkəzində qarşılaşacaq hər iki komandanın heyəti məlumdur.
Bu görüşdə komandamızın heyətində qaydasız döyüş yarışlarında dünyaca məşhur Sergey Xaritonov (+91) debüt edəcək. Onun rəqibi qanalı boksçu Avusone Yekeni olacaq. Digər idmançılarımızın rəqibləri isə çin boksçularıdır.
54 kq
Məhəmməd Əbdülhəmidov (Baku Fires) – He Jivei (Beijing Dragons)
61 kq
Semyon Qrivaçyov – Fanq Lei
73 kq
Məhəmməd Nuridinov – Liu Vei
85 kq
Ramazan Məhəmmədov – Janq Vei
+91 kq
Sergey Xaritonov – Avusone Yekeni
Qeyd edək ki, indiyədək “Baku Fires” və “Beijing Dragons” klubları 3 dəfə qarşılaşıb və bütün görüşlərdə komandamız qələbə qazanıb. “Baku Fires” 28 xalla qrupun lideridir. 26 xalı olan “Astana Arlans” 2-ci pillədədir.
Komandamız qrup mərhələsinin son görüşündə Çin klubunu üstələsə, 1-ci yeri özünə təmin edəcək. “Astana Arlans” isə ən yaxşı nəticəyə malik 2-ci komanda kimi yarımfinala çıxa biləcək.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0