2 həmyerlimiz Avrasiya Assosiasiyasına üzv seçildi
31.03.2011 - 11:33
Beynəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda atletikanın inkişaf etdirmək məqsədilə Avrasiya Assosiasiyası yaradılıb.
Yeni quruma 14 ölkə daxil edilib ki, bunlardan da biri Azərbaycandır. Konqresdə, həmçinin Avrasiya Assosiasiyasına yeni prezident, vitse-prezident və komitə üzvləri seçilib. Üzvlər arasında Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov və icraçı-direktoru İsgəndər Əsgərova da etimad göstərilib.
Avrasiya Assosiasiyasının ilk yarışının vaxtı da təyin edilib. Belə ki, Rusiyada ənənəvi “Dostluq kuboku” bundan sonra “Prezident kuboku” adlanacaq və 14 ölkənin idmançıları burada qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarış dekabrda baş tutacaq.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0