Brüsseldəki qələbənin dəyəri
04.04.2011 - 10:04
Avro-2012-nin seçmə mərhələsinin son oyununda Azərbaycan millisini 4:1 hesabı ilə məğlub edən Belçika yığması bu qələbənin bəhrəsini görəcək. Apasport.az saytının məlumatına görə, belçikalı həmkarlarımız həmin qələbənin böyük dəyərə malik olduğunu hesablayıb.
Onlar aprelin 13-də açıqlanacaq FİFA reytinqi ilə bağlı təxmini hesablamalar apararaq, Avstriya üzərində 2:0 və millimizlə qarşılaşmadakı qələbələrin reytinqdə necə əks olunacağını müəyyənləşdirib. Ötən ay siyahıda 62-ci olan Belçika yığması bu 2 qələbənin sayəsində nə az, nə çox 25 pillə sıçrayışa nail olacaq. Yəni, Jorj Leekensin yetirmələri planetin 37-ci komandası sayılacaq.
Qeyd edək ki, AFFA-nın apardığı analoji hesablamalara əsasən ötən ay 100-cü olan yığmamızın 7-8 pillə geriləyəcəyi gözlənilir.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0