Dünya çempionatı start götürdü
26.09.2011 - 15:09
Bu gün Bakıda boks üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 9 idmançı ilə qatıldığı mundialda 127 ölkənin 685 təmsilçisi qələbə uğrunda mübarizə aparacaq.
Dünya çempionatı həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Belə ki, bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan boksçularından heç biri rinqə çıxmayacaq. Yevgeni Kotovun yetirmələrindən ilk olaraq sentyabrın 27-də Elvin Məmişzadə (52 kq) və Rəhim Nəcəfov (56 kq) mübarizə qoşulacaqlar.

- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0