UEFA Türkiyə millisinin futbolçusunu bağışladı
04.10.2011 - 08:39
UEFA Türkiyə milli komandasının futbolçusu Səlcuk İnanı bağışlayıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın yarımmüdafiəçisi Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycan yığmaları ilə ev oyunları öncəsi cəzasının yüngülləşdirilməyi ilə bağlı sevindirici xəbər alıb. Belə ki, Qazaxıstana İstanbulda 2:1 hesabı ilə qalib gəldikləri görüşdə birbaşa qırmızı vərəqəyə görə 2 matçlıq diskvalifikasiya olunan Sinanın cəzası 1 oyuna endirilib. Bununla da Avstriya ilə səfər oyununda (0:0) cəzasını çəkən İnan oktyabrın 7-də almanlarla həlledici görüşdə meydana çıxa biləcək.
Qeyd edək ki, Türkiyə - Almaniya matçını məşhur ingilis hakim Martin Atkinsonun başçılıq etdiyi ingilis hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Türkiyə - Almaniya matçını məşhur ingilis hakim Martin Atkinsonun başçılıq etdiyi ingilis hakimlər briqadası idarə edəcək.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0