AİBA və BBC-in nümayəndələri arasında görüş keçiriləcək
06.10.2011 - 11:24
“BBC-in nümayəndələri Bakıdadırlar”. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, “BBC Newsnight” proqramında yayımlanan ittihamları araşdırmaq üçün yaradılan xüsusi təhqiqat komitəsinin üzvləri televiziyanın nümayəndələri ilə görüş keçirəcək: “Bu gün AİBA-nın yaratdığı xüsusi qrup onlarla bir araya gələcək. Baş tutacaq söhbətdə isə hər şeyə aydınlıq gələcək”.
Qeyd edək ki, Vu oktyabrın 8-də - dünya çempionatının final görüşlərindən öncə də mətbuat konfransı keçirəcək.

- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0