Hər 175 saniyədə 1 qol
24.10.2011 - 15:30
AFFA-nın müxtəlif yaş qrupları üçün keçirdiyi Azərbaycan çempionatlarının son turu maraqlı hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, keçirilən qarşılaşmalardan biri 24:0 hesabı ilə başa çatıb. Belə qol yağışı U-15 qızlar liqasında təsadüf olunub. “Təhsil” komandası “Xaçmaz”la oyunda rəqibinin qapısından bu qədır cavabsız qol keçirib. Oyunun hər biri 35 dəqiqədən ibarət 2 hissədən ibarət olduğunu nəzərə alsaq qızlar 175 saniyədən 1 qol vurublar. 70 dəqiqənin hər 2 dəqiqə 55 saniyəsinə 1 qolun düşdüyü qarşılaşma Şağan Olimpiya İdman Kompleksi mübarizə aparan Şərq regionunda gerçəkləşib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0