Azərbaycan – Ukrayna oyunu canlı yayımlanacaq
29.10.2011 - 15:22
Sabah Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası (U-17) Xorvatiyada keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun baş məşqçisi olduğu yığmamız Bakı vaxtilə saat 18:00-da Ukraynanın U-17-si ilə görüşəcək. Poreç şəhərində “Veli Yoje” stadionunda keçiriləcək oyunu latviyalı FİFA hakimi Andris Treymanis idarə edəcək. Oyun affatv.az saytına canlı yayımlanacaq.
Qeyd edək ki, hazırda qrupda bütün komandaların 3 xalı var və 3-cü yerdə olan yığmamız qalib gələrsə, növbəti mərhələyə çıxacaq.
Qeyd edək ki, hazırda qrupda bütün komandaların 3 xalı var və 3-cü yerdə olan yığmamız qalib gələrsə, növbəti mərhələyə çıxacaq.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0