Yeniyetmələr arasında stend atıcılığı üzrə dünya çempionu Kristian Gilli İtaliyada bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Apasport.az saytının məlumatına görə, 19 yaşlı idmançı ov edərkən ehtiyatsızlıqdan tüfənglə özünü qarnından vurub.
İtaliyalı Piza yaxınlığında ov edərkən tüfəngini götürmək üçün əyiləndə təsadüfən qarnına atəş açıb. Onun yanında olan dostları dərhal təcili yardım çağırıb. Gili xəstəxanaya aparılsa da, əməliyyat zamanı dünyasını dəyişib.
Qeyd edək ki, Kristian Gilli ötən il komanda və qarışıq yarışlarda yeniyetmələr arasında stend atıcılığı üzrə dünya çempionu olub. O, həmçinin yeniyetmələr arasında Avropa çempionatında üç qızıl medal qazanıb.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib