24 yoluxma – Pekin-2022-də
01.02.2022 - 10:16
Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı şəxslərdə daha 24 koronavirusa yoluxma aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, bunlardan 16-sı Çinin paytaxtına gələn yığma üzvləridir.
Onlardan 11-nin aeroportdakı testi müsbət nəticələnib. Digər 8 yoluxma isə təşkilatçılıqla bağlı çalışanlardır. Onlardan da yeddisində Pekinə gəldikdən sonrakı testdə xəstəlik aşkarlanıb.
Yanvarın 23-dən sonrakı müddətdə 200 müsbət test qeydə alınıb. Onlardan 67-si idmançı və rəsmi şəxslərdir.
Qeyd edək ki, Olimpiada fevralın 4-də start götürəcək.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0