Amerika Samoası Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, bu ölkənin yığması 28 ildən sonra qış oyunlarında təmsil olunacaq.
Amerika Samoası sonuncu dəfə 1994-cü ildə Qış Olimpiadasına qatılıb. Pekində ölkəsini skeletonçu Natan Krampton təmsil edəcək. O, mövsümün reytinqində 26-cı olmaqla bu hüququ qazanıb. Lakin idmançı Çinə yollanmaq üçün sponsor tapmasa, uzaq səfərə yollanmaya da bilər.
Krampton ötən il Tokio-2020-də də iştirak edib. 100 m məsafəyə qaçan atlet təsnifat mərhələsində mübarizəni dayandırıb.
Qeyd edək ki, 1994-cü ildə samoalılar bobsley cütlərinin yarışında iştirak edib.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar