Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində üçüncü günə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatıldığı yarışda bu gün 51 döyüş baş tutub.
Görüşlərdən sonra 44 kq, 48 kq, 52 kq, 60 kq, 66 kq, 75 kq və 80 kq çəki dərəcələrində 1/4 finalçıların adlarına aydınlıq gəlib. Bir gün öncə 50 kq-da da 1/8 final döyüşləri başa çatdığından sabah bu mərhələnin digər 6 çəki dərəcəsinin qarşılaşmaları təşkil olunacaq. Görüşlərə saat 13:00-da start veriləcək.
Qeyd edək ki, yarışın qaliblərinin adları martın 14-də bəlli olacaq.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar