AİBA-nın adı dəyişdirildi
14.12.2021 - 10:27
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) adı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı qurumun onlayn şəkildə təşkil olunan Növbədənkənar Konqresi qəbul edib.
Uzun illər AİBA kimi fəaliyyət göstərən təşkilat bundan sonra İBA (Beynəlxalq Boks Assosiasiyası) kimi tanınacaq. Bu qərar səsvermədə yekdilliklə qəbul olunub.
Həmçinin qərara alınıb ki, qurumun Növbəti Konqresləri hər il təşkil edilsin.
İBA üç ölkənin üzvlüyünü müvəqqəti dayandırıb. Bunlar Sent-Vinsent və Qrenadin, Vanuatu, Sent-Kitts və Nevisdir.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0