Anastasiya Moum Azərbaycan çempionu oldu
09.04.2022 - 16:41
Anastasiya Moum Azərbaycan çempionu oldu

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib. 

Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Körpücük üzərinə ilk olaraq zərif cinsin nümayəndələri çıxıb. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 187 kq (83+104) çəkinin öhdəsindən gələn Anastasiya Moum 231.80 Sinkleyr xalı ilə xalla qızıl medala layiq görülüb. Toplam 137 kq (61+76) nəticə və 230.06 xalla Nazilə İsmayılova ikinci, toplam 175 kq (75+100) nəticə və 214.20 xalla Elnarə Abbasova üçüncü pillədə qərarlaşıblar.
 

0