Avropa Cüdo İttifaqının (ACİ) prezidenti vəzifəsində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Sergey Soloveyçik ACİ-nin İcraiyyə Komitəsinin növbədənkənar iclasında istefa verib.
Onun təklifindən sonra 67 yaşlı vitse-prezident Otto Kneytinger yekdilliklə müvəqqəti olaraq ACİ-nin prezidenti vəzifəsinə seçilib. 74 yaşlı funksioner istefasını Rusiya ilə Ukrayna arasındakı hərbi gərginliklə əlaqələndirib.
Buna qədər Beynəlxalq Cüdo Federasiyası (IJF) Ukrayna hadisələri ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin qurumun fəxri prezidenti səlahiyyətlərinə xitam verib. IJF həmçinin Kazanda keçirilən “Böyük dəbilqə” turnirini ləğv edib.
Qeyd edək ki, rusiyalı Sergey Soloveyçik 2007-ci ildən bu vəzifəni icra edirdi.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar