Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın beşinci günündə Azərbaycan millisinin üzvü Cəlal Qurbanov (63,5 kq) ikinci döyüşünə çıxıb.
1/16 final mərhələsində finlandiyalı Yere Niemelainenə (Finlandiya) qalib gələn boksçumuz bu dəfə sloveniyalı Nik Nikolovla üz-üzə gəlib. Görüş Qurbanovun qələbəsi ilə başa çatıb. O, rəqibini 3:0 (29:27, 29:27, 28:28, 29:27, 28:28) hesabı ilə məğlub edib.
İdmançımız 1/4 finalda İqor Kovtunla (Ukrayna) qarşılaşacaq. Döyüş martın 19-da baş tutacaq.
Həmin gün yarımfinal uğrunda millinin daha 4 boksçusu - Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq) və Nəbi İsgəndərov (67 kq) da rinqə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatında final döyüşləri martın 23-də olacaq.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar