Karate üzrə Avropa çempionatının vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin videokonfrans yığıncağında qərar verilib.
Toplantıda 2022-ci ilin təqvim planına dəyişikliklər etməklə hazırkı durumla bağlı yarışların tarixləri təsdiqlənib. EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə onlayn iclasın gündəliyində duran əsas məsələ Türkiyənin Qaziantep şəhərində keçirilən böyüklər arasında Avropa çempionatının vaxtı olub. Qərar alınıb ki, yarış 25-29 may tarixində keçirilsin. Müzakirəyə çıxarılan məsələ ilə bağlı EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov da fikirlərini söyləyib.
Bundan başqa, İcraiyyə Komitəsinin üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. EKF-in 2022-ci il yarış təqvim planına daxil edilən 20 müxtəlif səviyyəli turnir arasında Uşaqlar arasında Olimpiya ümidləri beynəlxalq turniri də var. 8-12 yaşlı uşaqların iştirakı ilə 27-28 avqusta nəzərdə tutulan beynəlxalq turnir ilk dəfədir ki, EKF-in rəsmi təqviminə salınır.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib