Azərbaycanın Avropa çempionu olmuş yunan-Roma güləşi üzrə milli komandası Vətənə qayıdıb.
APA xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, media mənsubları, güləşçilərin yaxınları qarşılayıblar.
Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Avropa çempionatında ümumi hesabda 165 xalla 1-ci yeri tutub. Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub.
Bundan başqa, Azərbaycan yığması medal sayında da hamını üstələyib. Avropa çempionatında 8 medal qazanan komandanı Türkiyə 7, Gürcüstan 5 medalla təqib edib.
Medal əyarında isə 1-ci yeri 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Türkiyə tutub. Azərbaycan millisi 2 qızıl, 1 gümüş, 5 bürünc medalla 2-ci, Gürcüstan 1 qızıl, 3 gümüş, 1 bürünc medalla 3-cü olub.
Qeyd edək ki, yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.
Ümumilikdə isə Azərbaycan komandaları Avropa çempionatında 16 medal əldə edib.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar