Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Bakı və Sumqayıt şəhərlərində çalışan məşqçilərlə görüşüb.
ABF-in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, görüşdə boksun hazırkı vəziyyəti, daha da inkişaf etdirilməsi və kütləviləşməsi, həmçinin beynəlxalq təcrübədən yararlanaraq yüksək nailiyyətlərin əldə olunmasının yolları müzakirə edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, hər bir uğura gedən yol çalışdırıcıların qurduğu sistemə bağlıdır. Çünki təməli onlar qoyur, müxtəlif yaş qrupları üzrə milli komandalar məhz müəllim-məşqçilərinin əziyyətinin nəticəsində yetişən idmançılardan formalaşır.
Çalışdırıcılar boksun inkişafı, klubların sayının, idmançıların təcrübəsinin artırılması, milli üçün ehtiyat qüvvənin yetişdirilməsi, bölgələrdə kütləviliyə nail olmaq, həmçinin seminarların keçirilməsi üçün fikir mübadiləsi aparıblar.
Sahil Babayev görüş iştirakçılarına Məşqçilər Komitəsinin formalaşdırılması və onların köməyi ilə uğurlarımızı artırmaq üçün göstəriş və tapşırıqlarını verib.
ABF rəhbəri İdarə Heyətinə məşqçilər və boksçular üçün mükafatlandırma sisteminin yaradılması barədə də göstərişlərini verib.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar