Bu gün Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağı keçirilib.
Apasport.az saytının məlumatına görə, Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Qolf Federasiyası rəhbərliyinə seçkilər keçirilib. Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib.
Yığıncaqda həmçinin Anar Əzimov federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Qolf Federasiyası İdarə Heyətinə də seçkilər olub. Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov İdarə Heyətinə üzv seçiliblər.
Azərbaycan Qolf Federasiyasının yeni prezidenti Rauf Xəlilov çıxış edərək ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib və bu idman növünün inkişafı üçün görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib.
Qeyd edək ki, Rauf Xəlilov bu postda Anar Məmmədovu əvəzləyib.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib