Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinə start verilir.
Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sabah paytaxtda U-18 qız və oğlan yeniyetmələr arasında ölkə birinciliyi başlayacaq.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd olunan yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparacaq.
Üç gün davam edəcək ölkə birinciliyində qızlar 36, 40, 44, 48, 52, 57, 63, 70, +70 kq, oğlanlar isə 46, 50, 55, 60, 66, 73, 81, 90 və +90 kq çəki dərəcələrində güclərini sınayacaqlar. Federasiyanın qərarına əsasən keçirilən yarışlar çəki dərəcələrində iştirakçıların sayından asılı olaraq olimpiya, dairəvi və ya qarışıq üsulla, təsəlliverici yarımfinalçılardan müəyyən olunacaq.
Qeyd edək ki, yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədləri yığma komandaya seçməkdir.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib