Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.
Apasport.az saytının məlumatına görə, Boks Mərkəzində baş tutan 56 döyüşün nəticəsinə əsasən yarımfinal yüksələn idmançılar bəlli olub.
Qələbə qazanan boksçular mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Azərbaycan birinciliyində yarımfinal döyüşlərə sabah olacaq. Görüşlər saat 13:00-da başlanacaq.
Qeyd edək ki, birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılıb. Yarışın qaliblərinin adları isə martın 14-də bəlli olacaq.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar