Azərbaycan çempionatında V turun oyunları sona çatdıqdan sonra iki şahmatçı - Vasif Durarbəyli və Murad İbrahimli 4 xalla çempionata liderlik edir.
Apasport.az saytının məlumatına görə, hər iki şahmatçı bu turda qara fiqurlarla vacib qələbələr qazanıb.
Əhmədzadə - Durarbəyli görüşündə ağlar səhvlər ardıcıllığı ilə cəmi 14 gedişdə məğlub olublar. Məmmədov - İbrahimli oyununda isə ağlar mittelşpildə plansız hərəkət edərək, qısa zamanda məğlubiyyətə aparan ağır vəziyyət düşüblər. Liderlərin digər cütlüyündə Qasımov - Süleymanlı oyunu heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, çempionatda I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə pley-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda ölkə çempionu müəyyən edəcəklər.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib