Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarına yola düşüb.
Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.
Azərbaycan nümayəndə heyəti 10 nəfərdən artıq tərkibə malikdir. Onların böyük bir qismi idmançılarımızın iştirakına hazırlıq işlərini təşkil etmək üçün Pekinə yola düşüblər.
Çinin paytaxtına yollanan heyətdə Azərbaycanın şef de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov, Marketinq İdarəsinin müdiri Mehman Kərimov, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un Beynəlxalq proqramlar üzrə katibi Ceyhun Rəhmanov yer alıb. Baş nazirin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən gedəcəklər.
Millimizin bayraqdarı Vladimir Litvinsev fevralın 8-də və 10-da yarışacaq. Ayın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Onun çıxışı 15 və 17 fevral tarixində baş tutacaq. Hər iki idmançımız və məşqçilər Aleksey Çetvertuxin, Aleksey Ryabov Pekinə Rusiyanın Moskva şəhərindən yola düşəcəklər.
Qeyd edək ki, Azərbaycan fevralın 4-20-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib