Azərbaycanda hakimliyin əsasını qoyan vəfat etdi
22.02.2022 - 15:56
Azərbaycan atletikasına ağır itki üz verib.
Apasport.az saytının məlumatına görə, Ümumittifaq dərəcəli hakim Vil Kuzmenko vəfat edib.
O, 75 yaşında dünyasını dəyişib. Ölkəmizdə bu idman növündə hakimliyin əsasını qoyan şəxslərdən biri olan Kuzmenko 1970-95-ci illərdə Azərbaycan Atletika Federasiyasında hakimlər kollegiyasının sədri kimi çalışıb. Ümumittifaq dərəcəli hakim olan ədalət təmsilçisi SSRİ-nin Fəxri Hakimi adına da layiq görülüb.
Oeyd edək ki, Kuzmenko 1980-ci il Moskva Olimpiya Oyunlarında hakimlik edib.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0