Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstana qayıda bilmir.
Bu barədə apasport.az saytına məlumatı Qazaxıstan millisinin şərəfini qoruyan Olimpiya çempionunun atası Əli Rəhimov verib.
O bildirib ki, iki aydır ölkəmizdə olan Nicat bu günlərdə geri dönməli idi. Lakin Qazaxıstanda baş verən kütləvi etirazlar səbəbindən yaranan iğtişaş Rəhimovun səfərini təxirə salıb. Əli Rəhimov oğlunun bu üzdən hətta yay aylarına qədər Azərbaycanda qalmasını da istisna etməyib.
Rəhimov dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən oğlunun məhkəmə prosesinin yekunlaşdığını da sözlərinə əlavə edib: “Ancaq məhkəmə hələlik heç bir qərar verməyib. Biz də həmin qərara əsasən hansısa addım atmağı düşünürük”.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçən və oranın yığmasının şərəfini qoruyan Nicat Rəhimov 2015-ci ildə dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib