Tanınmış rusiyalı döyüşçü Maksim Divniç xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu peşəkar rində 21 döyüşə çıxan idmançı öz sosial şəbəkəsində açıqlayıb.
O, teleqram paylaşımında həyat yoldaşına tanımadığı nömrədən zəng gəldiyini və hadisənin sonrakı axarını qeyd edib. Təsadüfən səhv nömrə yığan şəxs xanımla tanış olmağa cəhd edib.
Bundan xəbər tutan MMA döyüşçüsü həmin adama zəng vurub. Onun “hardansan”, “nə işlə məşğulsan”, “yoldaşıma niyə zəng vurursan” kimi sualların cavablandıran şəxsin Moskvada yaşayan azərbaycanlı taksi sürücüsü Ruslan olduğu üzə çıxıb. Həmyerlimiz təsadüfən xanıma zəng etdiyini bildirib. İdmançı ona bir də belə hərəkət etməməyi məsləhət görüb. Döyüşçü telefon zənginin videosunu da teleqram paylaşımında yerləşdirib.
Qeyd edək ki, Divniç 21 qarşılaşmada 15 qələbə qazanıb və 6 dəfə uduzub.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib