Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun Pekin-2022-də iştirakına icazə verdi
02.03.2022 - 15:33
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarus təmsilçiləri ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, hər iki ölkənin milli komandası Pekin Qış Paralimpiya Oyunlarında iştirak edəcək.
Rusiya və Belarus təmsilçilərinin yarışa buraxılmasına icazə verilib. Bu yığmalar Qış Paralimpiya Oyunlarında neytral statusda, bayraqsız və himnsiz iştirak edə biləcək. Onların nəticələri qeyri-rəsmi komanda hesabında da nəzərə alınmayacaq.
Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunları martın 4-13-də keçiriləcək.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0