Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.
Apasport.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, komandamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında qurumun əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar.
Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.
Qeyd edək ki, dünya çempionatında Alfonso Dominqes (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medal qazanıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar