Cüdo üzrə Avropa çempionatının püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri bəlli olub.
Bolqarıstanın paytaxtı Sofiyadakı yarışda 11 cüdoçumuz tatamiyə çıxacaq. Aprelin 29-dan mayın 1-dək keçiriləcək çempionatda 9 kişi və 2 qadın idmançımız mübarizə aparacaq.
Kişilər
60 kq, 1/16 final
Balabəy Ağayev – Savva Karakizidi (Yunanıstan)
Əhməd Yusifov – Xayme Bernabeu (İspaniya)
66 kq, 1/16 final
İbrahim Əliyev – Tal Fliker (İsrail)
Yaşar Nəcəfov – Radu İzvoreanu (Moldova)
73 kq, 1/16 final
Rüstəm Orucov – Coşua Qrin (İrlandiya)
Hidayət Heydərov – Adam Stodolski (Polşa)
90 kq, 1/16 final
Məmmədəli Mehdiyev – David Klammert (Çexiya)
100 kq, 1/16 final
Elmar Qasımov – Sedrik Olivar (Fransa)
+100 kq, 1/8 final
Uşanqi Kokauri – İv Ndao (Belçika)
Qadınlar
48 kq, 1/8 final
Şəfəq Həmidova – Julia Fiqeroa (İspaniya)
Ramilə Əliyeva – Katarina Kosta (Portuqaliya)
Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 365 (208 kişi, 157 qadın) cüdoçu iştirak edəcək.