Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-Pri turnirinə start verilib.
Apasport.az saytının məlumatına görə, heyətində koronavirusa yoluxanlar olduğundan yarışa kiçik heyətlə qatılmaq məcburiyyətində qalan Azərbaycan millisinin iki cüdoçusu tatami üzərinə çıxıb.
60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçilərimizin nəticələri fərqli olub. Balabəy Ağayev finala qədər irəliləyibsə, Rövşən Ağayev turnirlə erkən vidalaşıb.
Balabəy Ağayev yarışa uğurlu başlayıb. Öncə Bahrom Boturovu (Özbəkistan) mübarizədən kənarlaşdıran təmsilçimiz isveçrəli Lionel Şvandev və monqolustanlı Tsoqt-Oçir Byambayav üzərində qələbələrlə yarımfinala yüksəlib.
Finalın bir addımlığında yaponiyalı Taiki Nakamuraya qalib gələn Ağayev həlledici qarşılaşmaya vəsiqə qazanıb. O, qızıl medal uğrunda cənubi koreyalı Harim Li ilə üz-üzə gəlib. Baləbəy uğurlu seriyanı davam etdirə bilməyib və məğlub olaraq ikinci yeri tutub.
Bu çəkidə çıxış edən Rövşan Ağayev ilk mərhələdə Allan Kuvabaranı (Braziliya) məğlubiyyətə uğradıb. Ardınca monqolustanlı Sumiyabazar Enxtavana uduzan Rövşən erkən yarışla vidalaşıb.
Qeyd edək ki, Almadadakı yarışa 13 cüdoçumuz sifariş olunsa da, koronavirusa yoluxmalar və texniki problemlər üzündən onlardan yalnız 5-i turnirə qatılacaq. Yanvarın 30-da başa çatacaq turnirdə Adil Kərimli (100 kq), Uşanqi Kokauri və İmran Yusifov (hər ikisi +100 kq) da tatamiyə çıxacaqlar.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib