Bədii gimnastika üzrə XV “GymKids CUP” açıq turniri keçirilib.
Apasport.az saytının məlumatına görə, aşağı yaş qrupu üzrə təşkil olunan yarışa 200-ə yaxın gimnast qatılıb.
3 gün davam edən turnirdə Bakı, Sumqayıt və Gəncədən olan idmançılar mübarizə aparıblar. Ölkə xaricindən - Fransa, Rusiya və BƏƏ-dən olan gimnastlar isə onlayn platforma vasitəsilə məharətlərini göstəriblər. Yekunda müxtəlif yaş qrupları üzrə mükafatçılar bəlli olub.
Qaliblər medal və diplomlarla mükafatlandırılıb. Mükafatları idmançılara "GymKids" klubunun rəhbəri, beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcova, beynəlxalq dərəcəli hakim Leyla Hüseynli və Samira Səlimzadə təqdim edib.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar