Güləşimizə iki “beş”: 55 çempionluq
05.04.2022 - 12:39
Güləşimizə iki “beş”: 55 çempionluq

Azərbaycan güləşçiləri Avropa çempionatlarında qazanılan qızıl medalların sayını 55-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan yarışda qazanılan üç qızılla yığmamız çempionluq sayında iki “5”ə çatıb.

Ümumiyyətlə isə müstəqillik əldə olunandan sonra güləşçilərimiz Avropa çempionatlarında 189 mükafat əldə edib. Pəhləvanlarımızın hesabında 55 qızıldan başqa 47 gümüş və 87 bürünc də var.

1911-ci ildən təşkil olunan və 73 dəfə baş tutan çempionatların tarixində Azərbaycan medal sayında 8-ci yerdə qərarlaşıb. 111 il ərzində 4609 medal – 1393 qızıl, 1399 gümüş və 1817 bürünc sahibini tapıb.

Ümumi medal sıralamasına Rusiya başçılıq edir. Cədvəldə SSRİ-nin varisi sayılan şimal qonşularımız böyük üstünlüklə zirvədədir. Bolqarıstan ikinci, Türkiyə üçüncüdür.

8-ci olan Azərbaycan Ukraynadan 6, Macarıstandan 11 qızıl az qazanıb. Düzdür, ümumi medal sayında bu ölkələrin üstünlüyü daha böyükdür və hətta Polşa bizdən öndədir. Lakin mükafatların əyarında səkkizinci olan Azərbaycan yaxın illərdə iki addım irəliləmək imkanına malikdir.

yer

ölkə

qızıl

gümüş

bürünc

cəmi

1

Rusiya

474

201

207

882

2

Bolqarıstan

144

150

148

442

3

Türkiyə

111

91

143

345

4

Almaniya

90

138

157

385

5

İsveç

83

74

67

224

6

Macarıstan

66

94

120

280

7

Ukrayna

61

83

121

265

8

Azərbaycan

55

47

87

189

9

Polşa

38

67

110

215

10

Finlandiya

36

36

47

119

0