Fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak edən Azərbaycan idmançıları çıxışlarını başa vurublar.
Apasport.az saytının məlumatına görə, atletimiz Vladimir Litvintsev sərbəst proqram üzrə son çıxışını edib.
O, öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə atletimiz 13-cü yerə sahib olub.
Martın 21-də start götürən dünya çempionatında Azərbaycan 4 idmançı - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunub.
Qeyd edək ki, Yekaterina Ryabova ilk qısa proqramda 9-cu yerə sahib olub. Sərbəst proqramda isə 10-cu yerə yüksəlsə də ümumi xallarının nəticəsinə görə 9-cu yerdə qərar tutub.
Digər təmsilçilərimiz Aleksandr Kolosovskiy və Yekaterina Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.
Mundiala bu gün yekun vurulacaq.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar