Karate üzrə Azərbaycan yığması mövsümün ikinci Karate1 Premyer Liqa turnirində iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, karateçilərimiz aprelin 22-24-də Portuqaliyanın Matasinhos şəhərində baş tutacaq yarışda qüvvəsini sınayacaq.
Turnirdə ölkəmizi 14 idmançı təmsil edəcək. Kişilərdən ibarət milli komandada Əminağa Quliyev, Sultan Hüseynov, Hüseyn Məmmədli (hər üçü 60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq), Fərid Ağayev (75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı və Osman Osmanlı (hər iksi +84 kq) tatami üzərinə çıxacaq.
Qadınların yarışında Mədinə Sadiqova (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq) və İrina Zaretskanı (68 kq) mübarizə aparacaq. Beynəlxalq hakimlərdən Cahamgir Babayev və Vüqar Kərimov yarışın referiləri arasında olacaq.
Qeyd edək ki, Matasinhosda Karate1 Premyer Liqa turnirinə 58 ölkədən 351 idmançı qatılacaq.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar