Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirini başa vurublar.
Apasport.az saytının məlumatına görə, yarışa 9 idmançı ilə qatılan yığmamız 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Komandamızın heyətində İrina Zaretska qalib adına sahib olub. 68 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionu finalda italiyalı Silvia Semeraronu məğlub edib.
Zaretskadan fərqli, Tural Ağalarzadə (67 kq) finalda məğlubiyyətə üzülüb. O, həlledici görüşdə qazaxıstanlı Didar Amrali ilə dueldən məğlub ayrılıb və gümüş medalla kifayətlənib.
Millimizə digər mükafatı Turut Həsənov (84 kq) qazandırıb. O, üçüncü yer uğrunda döyüşdə Robin Rettenbaherə qalib gəlməklə, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar