Kazanda keçirilməli olan “Böyük dəbilqə” ləğv olundu
26.02.2022 - 10:55
Rusiyada keçirilməli olan daha bir mötəbər yarış ləğv edilib.
Apasport.az saytının məlumatına görə, Kazanda baş tutması planlaşdırılan cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilməyəcək.
Bu barədə qərarı Beynəlxalq Cüdo Federasiyası verib. Belə addımın atılmasına Rusiya ilə Ukrayna arasında siyasi və hərbi gərginlik səbəb olub.
Qeyd edək ki, turnir mayın 20-22-də keçirilməli idi.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
0
0