Cüdo üzrə Azərbaycan yığmasının Portuqaliyanın Almada şəhərindəki iştirakı sual altına düşüb.
Apasport.az saytının məlumatına görə, millimizin 5 üzvü koronavirusa yoluxub.
Onların testləri müsbət nəticə verdiyindən yarışa qatılmayacaq. Digər 9 idmançının turnirdəki iştirakı da sual altındadır. Həmin cüdoçular vaksinasiya olunmadığı iddia edilir.
Komandamız səfərə 13 idmançı ilə yollansa da, artıq Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq) və Rüfət İsmayılovun (90 kq) adı iştirakçılar siyahısından çıxarılıb.
Qeyd edək ki, yanvarın 28-30-da təşkil olunacaq Qran-Prinin püşkatması bu gün keçiriləcək.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar