Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük dəbilqə” turnirinə 6 cüdoçu ilə qatılacaq.
Apasport.az saytının məlumatına görə, yığmamız yalnız kişi idmançılarla təmsil olunacaq.
Parisdə tatami üzərinə Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) çıxacaq. Yarış fevralın 5-6-da baş tutacaq.
Bir müddət əvvəl Çin və Rusiya peyvəndlərindən istifadə edənlərin Fransaya girişinə qadağa qoyulsa da, bu, “Böyük dəbilqə”nin iştirakçılarına şamil olunmayacaq. Cüdoçularımız yarışın startından 24 saat əvvəl koronavirus testi verdikdən sonra medallar uğrunda mübarizə apara biləcək.
Qeyd edək ki, turnirdə 57 ölkədən 322 cüdoçu mübarizə aparacaq.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib