“Çempion olduğum üçün çox sevinirəm”.
Apasport.az saytının məlumatına görə, bunu Macarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yığmasının sərbəst güləşçisi Maqomedxan Maqomedov deyib.
97 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələn yığmamızın legioneri təəssüratlarını bölüşüb: “Bu nəticəni qazanmağımda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Göstərdiyi diqqət və qayğıya görə federasiya rəhbərliyinə və bizi bu yarışa yüksək səviyyədə hazırlaşdıran yığma komandanın məşqçilərinə minnətdaram”.
Qeyd edək ki, yığmamız Avropa çempionatında 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar