Parataekvondoçularımız İranda 3 medal qazandı
14.03.2022 - 21:48
Azərbaycanın parataekvondo millisi Asiya regionu üzrə "President Cup" G-2 kateqoriyalı turnirdə komanda hesabında dördüncü yerə sahib olub.
Apasport.az saytının məlumatına görə, İranda təşkil olunan yarışa 5 idmançı ilə qatılan yığmamız 3 medala yiyələnib.
Baş məşqçisi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələrindən Sabir Zeynalov (K-44, 58 kq) və İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş, Əbülfəz Abuzərli isə (K-44) 80 kq çəki dərəcəsində bürünc mükafat qazanıb.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0