Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, kişilərin fərdi yarışlarında çıxış edən milliləşən rusiyalı bu gün qısa proqramda bacarığını göstərib.
Onun çıxışı 84,15 xalla qiymətləndirilib. Yığmamızın açılış mərasimindəki bayraqdarı buz üzərinə çıxan 23 iştirakçı arasında 12-cidir.
Bir idmançının yarışına qatılmadığı qısa proqramda daha 6 konkisürən buz üzərinə çıxacaq. Həmin iştirakçıların nəticəsindən asılı olmayaraq Litvintsev “24-lük”də yerini təmin edib. Bu, təmsilçimizə sərbəst proqramda da çıxış imkanı verib.
Qeyd edək ki, sərbəst proqram fevralın 10-da baş tutacaq.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib