Pekin-2022 Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə üzrə komanda yarışlarının mükafatlandırma mərasimi ləğv edilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi verib.
Qərara alınıb ki, mərasim keçirilməsin. Buna Kamilla Valiyeva ilə bağlı insident səbəb olub. Rusiyalı idmançının ötən ilin dekabrında verdiyi dopinq test müsbət nəticə verdiyi üzə çıxmışdı. Buna görə də komanda yarışlarında Rusiya 1-ci, ABŞ 2-ci, Yaponiya 3-cü yeri tutsa da, fevralın 7-də keçirilməli olan mükafatlandırma qeyri-müəyyən müddətə təxirə salınmışdı.
İdman Arbitraj Məhkəməsi (CAS) Valiyevanı fərdi yarışlara buraxılması barədə qərar verib. Buna baxmayaraq, idmançı ilə bağlı araşdırma davam edir. Medalların taleyinə də bundan sonra aydınlıq gələcək və yalnız yekun qərardan sonra mükafatlandırma mərasimi keçiriləcək.
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib