Pekində yeni rekord – Azərbaycan idmançısından
18.02.2022 - 22:33
Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz qadın fiqurlu konkisürənlərin yarışında 15-ci yeri tutub.
Yekaterina Qış Olimpiya Oyunlarında fərdi yarışlarda ən yüksək yerə sahib Azərbaycan idmançısıdır. O, ümumilikdə təmsilçilərimiz arasında 2-cidir. Rekord Soçi-2014-də 12-ci olan Yuliya Zlobina/Aleksey Sitnikov duetinə məxsusdur. Duetimiz fiqurlu konkisürmənin buz üzərində rəqslər növündə fərqlənib.
Qeyd edək ki, idmançılarımız “Ağ Olimpiadalar”ında 1998-ci ildən çıxış edir.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0